Главная > iqtisadiyyat > Bağlanan bank və ya BOKT-ların kompensasiya ödənişləri "Azərpoçt" tərəfindən veriləcək

Bağlanan bank və ya BOKT-ların kompensasiya ödənişləri "Azərpoçt" tərəfindən veriləcək


22-04-2019, 14:06. Разместил: djbaz
Bağlanan bank və ya BOKT-ların kompensasiya ödənişləri "Azərpoçt" tərəfindən veriləcək
Bağlanan banklar və Bank Olmayan Kredit Təşkilatları (BOKT) üzrə problemli kredit sahibləri "Azərpoçt" MMC-nin rəsmi internet səhifəsindən (azerpost.az) "Problemli kreditinzə düşən kompensasiya haqqında məlumat" bölməsindən məlumat əldə edə bilərlər. Bunu ONA-ya "Azərpoçt"dan deyiblər.

Djb.az xəbər verir ki, ləğv prossesində olan bank və ya BOKT-ların kompensasiya ödənişləri "Azərpoçt" tərəfindən həyata keçiriləcək.


Vətəndaşlara aidiyyatı üzrə poçt şöbələri və ya banklar tərəfindən SMS göndəriləcək.
SMS-də kompensasiyanı hansı ünvandan əldə etmək mümkün olacağı qeyd ediləcək.


"500-manatadək olan məbləğ nağd şəkildə ödəniləcək, 500 manatdan yuxarı məbləğlərə poçt şöbələri tərəfindən kartlar ayrılacaq",- deyə "Azərpoçt"dan qeyd ediblər.
Вернуться назад