Главная > iqtisadiyyat > Azərbaycan son 10 ildə 280 mlrd. kubmetr qaz hasil edib
Azərbaycan son 10 ildə 280 mlrd. kubmetr qaz hasil edib12-04-2019, 09:40. Разместил: djbaz |
Azərbaycanda 2009-2018-cu illərdə 279,2 mlrd. kubmetr qaz hasil edilib. ONA-nın SOCAR-ın göstəricilərinə istinadən verdiyi məlumata görə, ötən 10 il ərzində ən yüksək hasilat göstəricisi 2018-ci ildə – 30,5 mlrd. kubmetr, ən aşağı göstərici isə (23,68 mlrd. kubmetr) 2009-cu ildə qeydə alınıb. Ölkədə qaz hasilatının artması “Şardəniz” qaz-kondensat yatağında məhsul istehsalının yüksəlməsi ilə əlaqədardır. Son 10 ildə ölkədə istehsal olunan qazın 68,21 mlrd. kubmetri SOCAR-ın payına düşüb. Şirkət üzrə ən yüksək hasilat göstəricisi 2014-cu ildə – 7,22 mlrd. kubmetr, ən aşağı göstərici isə (6,1 mlrd. kubmetr) 2017-ci ildə qeydə alınıb. Вернуться назад |