Главная > iqtisadiyyat > Baş direktor: TANAP iyula kimi Azərbaycan qazını Avropaya nəql etməyə hazır olacaq
Baş direktor: TANAP iyula kimi Azərbaycan qazını Avropaya nəql etməyə hazır olacaq13-03-2019, 21:46. Разместил: djbaz |
Trans-Anadolu qaz kəməri (TANAP) 2019-cu il iyulun 1-dək “Şahdəniz” yatağından hasil olunan Azərbaycan qazını Avropaya nəql etməyə hazır olacaq. Bunu TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol Türkiyənin NTV telekanalına müsahibəsində deyib. “TANAP-ın Əskişəhərdən Yunanıstan sərhədinədək olan hissəsinin tikintisi üzrə işlərin 98%-i yerinə yetirilib. Aprelin 15-dən qaz kəmərinin bu hissəsinə sınaq məqsədilə qaz vurulacaq və iyulun 1-dək TANAP Avropaya qaz nəqlinə hazır olacaq”, - deyən baş direktor qeyd edib ki, Azərbaycan qazının TANAP və Trans-Adriatik qaz kəməri (TAP) ilə Avropaya nəqlinə 2020-ci ilin ortalarında başlanması gözlənilir. O, TAP-ın artıq cari il ərzində TANAP-dan ilk qazı ala biləcəyinə, Avropaya kommersiya qazının tədarükünün isə 2020-ci ilin ortalarında başlayacağına əminliyini vurğulayıb. Saltuk Düzyol bildirib ki, layihənin ilkin dəyəri 11,77 mlrd. dollar məbləğində qiymətləndirilir və planlaşdırılmış vəsaitlərə 41% qənaət edilməsi nəticəsində layihə üzrə faktiki xərclər 7 mlrd. dollaradək azalıb. Qeyd edək ki, uzunluğu 1,85 min kilometr olan TANAP-ın birinci fazası (Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək) 2018-ci il iyunun 12-də işə salınıb. Türkiyəyə ilk kommersiya qazı 2018-ci il iyunun 30-da verilib. Вернуться назад |