Главная > iqtisadiyyat > Rusiya prezidenti: Birgə səylər nəticəsində neft bazarı sabitləşib

Rusiya prezidenti: Birgə səylər nəticəsində neft bazarı sabitləşib


2-06-2018, 15:31. Разместил: djbaz
Rusiya prezidenti: Birgə səylər nəticəsində neft bazarı sabitləşib


Birgə səylər nəticəsində neft bazarında sabitlik yaranıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

"Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) ilə birgə səylərimiz sayəsində neft bazarı sabitləşib. Biz Səudiyyə Ərəbistanından olan dostlarımız da daxil olmaqla OPEC-lə iş birliyini davam etdirəcəyik”, - deyə Rusiya Prezidenti bildirib.

Qeyd edək ki, Rusiya neft hasilatının azaldılmasına dair saziş çərçivəsində gündəlik 11,24 milyon barrel olan neft istehsalını sutkalıq 300 min barrel azaltmağı öhdəsinə götürüb.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.
Вернуться назад