Главная > iqtisadiyyat > Azərbaycanda dövlət qulluqçularının orta maaşı 700 manata yaxınlaşıb

Azərbaycanda dövlət qulluqçularının orta maaşı 700 manata yaxınlaşıb


22-05-2018, 10:44. Разместил: djbaz
Azərbaycanda dövlət qulluqçularının orta maaşı 700 manata yaxınlaşıb
Bu il yanvarın 1-nə Azərbaycanda dövlət qulluqçularının sayı 29,3 min nəfər olub və onların 28,8%-ni qadınlar təşkil edib.

Djb.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Dövlət qulluqçularının 4,5%-i inzibati vəzifələrin ali-3-cü təsnifatları, 76,0%-i 4-7-ci təsnifatları üzrə və 19,5%-i dövlət qulluğunun yardımçı vəzifələrində işləyib. Dövlət qulluqçularının 6,9 faizi 1 ilə qədər, 26,1%-i 1 ildən 5 ilə qədər, 22,2%-i 5 ildən 10 ilə qədər, 17,3%-i 10 ildən 15 ilə qədər, 27,5%-i isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 17,5%, 30-34 yaşda 15,7%, 35-44 yaşda 23,0 %, 45-54 yaşda 21,9%, 55-62 yaşda 18,3%, 63-64 yaşda 2,3%z, 65 və yuxarı yaşda 1,3%.

Ölkədə 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə çalışan dövlət qulluqçularının 1,1%-zini yerli icra hakimiyyəti başçısının müavinləri, 14,7%-ini şöbə müdirləri, 11,3%-ini şöbə müdirinin müavinləri, 8,2%-ini sektor müdirləri, 25,9%-ini baş məsləhətçilər, 5,3%-ini böyük məsləhətçilər, 13,0%-zini aparıcı məsləhətçilər və 20,5%-ini məsləhətçilər təşkil edib. Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 90,1% komplektləşdirilib.

2017-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əmək haqqı 690,7 manat təşkil edib.

Вернуться назад