Главная > iqtisadiyyat > Şəmkirdə xəstəxananın tikintisinə 7,6 milyon manat ayrılıb

Şəmkirdə xəstəxananın tikintisinə 7,6 milyon manat ayrılıb


7-04-2018, 22:12. Разместил: djbaz
Şəmkirdə xəstəxananın tikintisinə 7,6 milyon manat ayrılıb
Azərbaycan prezidenti İlham Əliyev Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Oxu.Az-ın məlumatına görə, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 7,6 milyon manatı Səhiyyə Nazirliyinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Вернуться назад