Главная > iqtisadiyyat > İpoteka və Kredit Zəmanət Fondu 10 mln. manatlıq istiqraz yerləşdirməyə hazırlaşır

İpoteka və Kredit Zəmanət Fondu 10 mln. manatlıq istiqraz yerləşdirməyə hazırlaşır


20-02-2018, 13:01. Разместил: djbaz
İpoteka və Kredit Zəmanət Fondu 10 mln. manatlıq istiqraz yerləşdirməyə hazırlaşır
Fevralın 22-də Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zəmanət Fondunun 10 mln. manatlıq, adlı, sənədsiz, faizli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
“Report” Fonda istinadən xəbər verir ki, istiqrazlar 1 006,3333 manat qiymətlə satışa çıxarılacaq.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ipoteka istiqrazlarının baza emissiya prospektini ötən il noyabrın 10-da dövlət qeydiyyatına alıb. Emissiyanın ümumi məbləği 50 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə illik faiz dərəcəsi 3% təşkil edir.
Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB-də həyata keçirilir. Depozitari və sərəncamçı xidmətlərini Milli Depozit Mərkəzi göstərir.
Вернуться назад