Главная > iqtisadiyyat > Depozit hərracında tələb təklifi cüzi üstələyib

Depozit hərracında tələb təklifi cüzi üstələyib


8-01-2018, 11:58. Разместил: djbaz
Depozit hərracında tələb təklifi cüzi üstələyib
Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.

AMB-dən “APA-Economics”ə verilən xəbərə görə, hərracda tələb 300,3 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,79% təşkil edib.

Bununla da depozit hərracında tələb təklifi cüzi üstələyib.

Qeyd edək ki, bugünkü depozit hərracında 300 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.
Вернуться назад