» » ABA: 10 bank kapital çatışmazlığı ilə üzləşib, 4-ü tənzimləyicinin nəzarətindədir

ABA: 10 bank kapital çatışmazlığı ilə üzləşib, 4-ü tənzimləyicinin nəzarətindədir

ABA: 10 bank kapital çatışmazlığı ilə üzləşib, 4-ü tənzimləyicinin nəzarətindədir
"Kapitalı Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən edilmiş normalara cavab verməyən bankların sayı təxminən 10-a yaxındır. Bilirsiniz ki, bankların təxminən hamısı audit hesabatlarını açıqlayıb. Və buna əsasən deyə bilərik ki, kapital çatışmazlığı olan bankların sayı 10-a çatır. Yerli standartlara əsasən, bankların çoxunda kapital yetərliliyi var, lakin beynəlxalq standartlara əsasən vəziyyət fərqlidir. Yerli maliyyə hesabatlılığına əsasən, bu cür bankların sayı azdır", - deyə Z.Nuriyev qeyd edib.

Bundan öncə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki, kapital çatışmazlığı ilə üzləşən dörd bank tənzimləyicinin nəzarətinə götürülüb. Buna münasibət bildirən assosiasiya prezidenti deyib ki, Palatanın nəzarətində olan bankların sayında dəyişiklik yoxdur: "Palatadan verilən məlumata görə, hələlik bu cür bankların sayında dəyişiklik mövcud deyil". /apa.az/
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031