» » Bu vergi ödəyicilərinə sanksiya tətbiq edildi

Bu vergi ödəyicilərinə sanksiya tətbiq edildi

Bu vergi ödəyicilərinə sanksiya tətbiq edildi

2017-ci ilin yanvar-may ayları ərzində vergi nəzarəti tədbiri keçirilən 942 obyektdə pozuntu faktları aşkar edilib.

Djb.az Fins.az-a istinadən xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Vergi öhdəliklərinin icrasına nəzarət departamentinin baş direktoru, baş vergi xidməti müşaviri Zeynalabdin Məmmədzadə məlumat verib.

Bildirib ki, pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların qaimə-faktura, elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası əsasında alınmasına nəzarət məqsədilə 1042 obyektdə yoxlama aparılıb. Nəticədə 32 milyon 936,1 min manat həcmində uçotdan gizlədilmiş pul vəsaiti, 41 milyon 99 min manat məbləğində uçotdan gizlədilmiş mallar aşkar edilib.

Z.Məmmədzadənin sözlərinə görə, həmin vergi ödəyicilərinə ümumilikdə 5 milyon 454,6 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

“Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunan tələblərə əməl olunması üzrə hesabat dövründə 55 obyektdə keçirilən vergi nəzarəti tədbirləri nəticəsində 31 obyektdə qanunvericiliyin tələblərinin pozulması faktları aşkar edilib. Pozuntuya yol verən vergi ödəyicilərinə 119,9 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib”.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930