» » “Apamark” şirkəti müştəriləri ilə daha sıx əlaqədə olacaq

“Apamark” şirkəti müştəriləri ilə daha sıx əlaqədə olacaq

Hər bir layihəyə individual yanaşan “Apamark Marketinq və PR” şirkəti müştəriləri ilə olan münasibətlərini yeni bir mərhələyə qaldırıb. Artıq “Apamark” şirkəti ilə əməkdaşlıq edəcək mövcud və yeni müştərilər bütün iş prosesinə nəzarət edə biləcəklər.

Şirkətin Biznesin inkişafı departamentinin mütəxəssisi olan Emil Əlizadənin sözlərinə görə, xüsusi proqram təminatı hər bir müştəriyə öz sifarişi ilə bağlı işlərin gedişatını izləməyə imkan verəcək: “Biz müştərilərlə olan münasibətlərimizi şəffaf bir müstəviyə keçirmək istəyirik. Məhz buna görə də hər bir müştəri ilə bağlı sifarişlərin hansı mərhələdə olduğunu qarşı tərəfə göstərməyi qərara almışıq. Əldə etdiyimiz proqram təminatında hər layihə ilə bağlı xüsusi qrup yaradırıq və həmin layihə üzrə görüləcək işləri ardıcıl olaraq həmin proqrama daxil edirik. Müştəri hər dəfə ona verilmiş xüsusi link vasitəsilə həmin qrupa daxil olacaq və işin gedişatı ilə tanış olacaq”.

Qeyd edək ki, şirkət bu ilin sonuna kimi bazara 3 yeni xidmət buraxmağı planlaşdırır. Hal-hazırda şirkət “Gilan” və “Azərsun Holdinq”in tərkibində fəaliyyət göstərən bir sıra şirkətlərin marketinq işləri üzərində çalışır. Həmin layihələrin may ayı ərzində təhvil verilməsi planlaşdırılır.
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930