» » İyirmiyədək yaşayış məntəqəsini avtomobil yol yenidən qurulur

İyirmiyədək yaşayış məntəqəsini avtomobil yol yenidən qurulur

“Azəravtoyol” ASC tərəfindən Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistral avtomobil yolunun bir hissəsinin yenidən qurulması işlərinə start verilib.

ASC-dən verilən məlumata görə, yenidən qurulan hissə Beyləqan və Füzuli rayonunun Horadiz qəsəbəsi arasında yerləşir və Hacıqabul-Bəhrəmtəpə-Mincivan yolunun 112-177-ci kilometrini əhatə edir. Bu hissəsinin uzun müddət əsaslı təmir olunmaması nəticəsində yolun hərəkət hissəsində qabarmış və deformasiyaya uğramış ərazilər yaranıb. Bu isə vətəndaşların xüsusən payız-qış mövsümündə gediş-gəlişində çətinliklər yaradırdı.

III texniki dərəcəyə uyğun olaraq yenidən qurulan 65 kilometrlik yol 2 hərəkət zolaqlıdır. Hərəkət zolaqlarının hər birinin eni 3,5 metr, çiyinlərin eni 0,5 metr bərkidici zolaqla birgə 2,5 metr olmaqla yol yatağının ümumi eni 12 metr təşkil edir. Layihə çərçivəsində yol boyu zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır. Qazılmış ərazilərə karbonat materialı tökülərək kipləşdirilir, hərəkət hissəsi hazır olan ərazilərin isə asfaltlanması işləri aparılır. Ümumilikdə yolun 500 min kvadratmetrdən çox hissəsinə 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyü döşənəcək.

Bundan başqa, yenidən qurulan yolun üzərində yerləşən 6 ədəd 2 aşırımlı, uzunluqları 24-36 metr olan avtomobil körpüləri əsaslı şəkildə təmir olunub, hərəkət hissələrinin eni genişləndirilərək 10-12 metrə çatdırılıb. Layihəyə uyğun olaraq yol boyu 60 ədəd suötürücü borunun tikintisi də nəzərdə tutulub. Yol boyu yerləşən 20-ə yaxın yaşayış məntəqəsinin əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxaracaq layihə texnoloji ardıcıllığa riayət edilməklə yüksək keyfiyyətlə yenidən qurulur.

Qeyd edək ki, hazırda tikintisi davam edən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən yol başlanğıcını məhz Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun təqribən 177-ci km-dən götürür. Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 0-112 km-lik hissəsi 2015-ci ildə II texniki dərəcəyə uyğun yenidən qurularaq istifadəyə verilib.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031