» » Ticarət festivalı ərzində 6,3 mln. manatlıq mal alınıb

Ticarət festivalı ərzində 6,3 mln. manatlıq mal alınıb

Aprelin 10-dan 23-dək Bakı Ticarət Festivalı çərçivəsində alınmış mallara görə 172 obyektdə 8358 elektron vergi hesab fakturası tərtib edilib, onlardan da 7902-si Vergilər Nazirliyinin ƏDV köşklərində təsdiqlənib.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, təsdiqlənmiş hesab fakturaların 7397-si Azərbaycan vətəndaşları, 505-i isə əcnəbilər tərəfindən təqdim olunub.

Həmin hesab-fakturalar üzrə ümumi dövriyyə məbləği (alınmış malların ümumi məbləği) 6 mln. 313,2 min manat, alıcılara qaytarılmalı məbləğ isə 612,97 min manat təşkil edib. Bu məbləğin 595 min manatı malın alındığı gün alıcıya nağd qaydada qaytarılıb.

Sözügedən dövr ərzində mal alarkən ticarət festivalını deyil, "Tax free" sistemini seçmiş əcnəbilərə ümumi məbləği 829,97 min manat olan 449 elektron vergi hesab fakturası təqdim olunub, başqa sözlə, həmin dövr ərzində əcnəbilərə ƏDV-nin qaytarılması məqsədilə ümumi məbləği 1 mln. 211,1 manat olan 954 elektron vergi hesab fakturası verilib.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930