» » Bakıdan Ciddəyə birbaşa aviareys açılır

Bakıdan Ciddəyə birbaşa aviareys açılır

Bakıdan Ciddəyə birbaşa aviareys açılır  "Azərbaycan Hava Yolları" QSC (AZAL) cari ilin sentyabr ayından etibarən Bakıdan Səudiyyə Ərəbistanının ikinci ən böyük şəhəri Ciddəyə birbaşa uçuşlar yerinə yetirməyə başlayacaq.

AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, Ciddə Səudiyyə Ərəbistanının iqtisadi paytaxtı, həmçinin Məkkə inzibati rayonunun ən iri şəhəri hesab olunur. Ciddə Beynəlxalq Hava Limanı (JED) turist və zəvvarların əsas tranzit məntəqələrindən biri sayılır.

Ciddəyə reyslər həftənin cümə axşamı və bazar günləri biznes və ekonom salonlu, komfortlu “Airbus A320” laynerləri ilə yerinə yetiriləcək.
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930