» » Binəqədi-Novxanı yolunda hərəkət məhdudlaşdırılır

Binəqədi-Novxanı yolunda hərəkət məhdudlaşdırılır

Binəqədi-Novxanı yolunda hərəkət məhdudlaşdırılır  Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq aprel ayının 17-dən 18-nə keçən gecədən etibarən sözügedən yolun bir hissəsində hərəkət məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-dən verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması Binəqədi qəsəbəsi Mehdiabad və Novxanı yollarının kəsişməsində inşa olunan yeni dairədən başlayaraq Novxanı qəsəbəsi Corat və Masazır yollarının kəsişməsinədək olan hissəsində tətbiq olunacaq.

Məhdudiyyət təmir işləri bitənədək qüvvədə saxlanılacaq. Sözügedən yolla hərəkət intensivliyi nəzərə alınaraq işlərin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.

Sürücülərdən alternativ olaraq Novxanı-Masazır yolundan istifadə etməkləri tövsiyə olunur.
Oxşar xəbərlər
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Ani ölümdən qorunmaq mümkündürmü? Azərbaycanda ölüm cavanlaşır. Xüsusi ilə ürək xəstəliklərindən əziyyət çəkən və ölənlərin sayı Читать далее
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728