» » Azərbaycanın xarici ticarətində müsbət saldo 1 mlrd. dolları ötüb

Azərbaycanın xarici ticarətində müsbət saldo 1 mlrd. dolları ötüb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 4 mlrd. 119 mln. 79,75 min dollar təşkil edib. Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistikadan xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 15,31% çoxdur.

Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 2 mlrd. 606 mln. 306,06 min dollar olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 49,2% çoxdur.

Ötən rüb ərzində idxal əməliyyatları 1 mlrd. 512 mln. 773,69 min dollar olub ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 17,12% azdır.

Nəticədə ölkəmizin xarici ticarət əməliyyatlarında 1 mlrd. 93 mln. 532,37 min dollar məbləğində müsbət saldo yaranıb.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930