» » Azərbaycanın enerji missiyası Ukraynaya gedib

Azərbaycanın enerji missiyası Ukraynaya gedib

Azərbaycanın enerji missiyası Ukraynaya gedibAzərbaycanın enerji məsələləri üzrə nümayəndə heyəti bu gün Kiyevə (Ukrayna) yola düşüb. Sabah missiya Ukraynada keçiriləcək Azərbaycan-Ukrayna işçi qrupunun iclasında iştirak edəcək.

Bu barədə Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “SOCAR Energy Ukraine”, “Azərenerji” ASC, “Azərişıq”ASC və Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyinin nümayəndələrinin yer aldığı nümayəndə heyətinə Azərbaycan energetika nazirinin müavini Natiq Abbasov rəhbərlik edir.

Məlumata görə, iclasda neft-qaz, enerji təchizatı və bərpa olunan enerji sahəsindəki əməkdaşlıq məsələləri müzakirə ediləcək. Sonda isə protokol imzalanacaq.
Qeyd edək ki, rəsmi Bakı və Kiyev arasında “Ukrayna ərazisinə sıxılmış təbii qazın çatdırılmasının təşkili üzrə əməkdaşlıq haqqında” memorandum və “Ukrayna ərazisindən neftin nəqli sahəsində əməkdaşlığın inkişafına dair tədbirlər haqqında” saziş qüvvədədir.

Xatırladaq ki, Azərbaycan-Ukrayna işçi qrupu 2011-ci ildə yaradılıb və bu günə qədər 10 iclası keçirilib.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031