» » Azərbaycan Kiyevdə Ticarət Evi açır

Azərbaycan Kiyevdə Ticarət Evi açır

Azərbaycan Kiyevdə Ticarət Evi açır  Ötən gün Ukraynanın baş naziri Vladimir Qroysman Kiyevdə rəsmi səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşüb. Verilən xəbərə əsasən, bu barədə Ukraynanın Nazirlər Kabinetinin yaydığı məlumatda deyilir.

Görüş çərçivəsində tərəflər müxtəlif sahələrdə dövlətlərarası əməkdaşlığı genişləndirmək barədə razılıq əldə ediblər.

Bununla yanaşı, V.Qroysman və Ş.Mustafayev Kiyevdə Azərbaycan Ticarət Evinin açılmasını məqbul hesab edib. Onların fikrincə, Ticarət Evinin açılışı ikitərəfli ticarəti stimullaşdıracaq və Ukraynaya Azərbaycan investisiyalarının cəlbini artıracaq.

Ş.Mustafayev qeyd edib ki, Azərbaycan Ukrayna ilə maşınqayırma sahəsində birgə müəssisələrin yaradılmasına maraqlıdır. Nazir həmçinin kimya sənayesi, kənd təsərrüfatı və turizm sektorlarında dövlətlərarası əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan MDB ölkələri arasında Ukraynanın əsas ticarət tərəfdaşlarından biridir. 2016-cı ildə ölkələr arasında ticarət dövriyyəsi 347 mln. dollar təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 17,7% çoxdur.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031