» » “Elektron imza” sertifikatının sayı açıqlanıb

“Elektron imza” sertifikatının sayı açıqlanıb

“Elektron imza” sertifikatının sayı açıqlanıb “Elektron imza” sertifikatlarının istifadəyə verildiyi gündən bu ilin martın 1-dək dövlət qurumları üzrə 67 min 42, fiziki şəxslər üzrə 17 min 304, hüquqi şəxslər üzrə isə 17 min 384 olmaqla, ümumilikdə 101 min 730 elektron imza sertifikatı Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən istifadəyə verilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, bu ilin ilk 2 ayı ərzində istifadəyə verilən “elektron imza” sertifikatının ümumi sayı 1 514 olub. Onlardan dövlət qurumlarının payına 1060, fiziki şəxslərin payına 94, hüquqi şəxslərin payına isə 360 “elektron imza” sertifikatı düşüb.

Bundan əlavə, “elektron imza” vasitəsilə həyata keçirilmiş əməliyyatların sayı da artmaqda davam edir. Belə ki, bu günə qədər dövlət qurumları tərəfindən 15 mln. 858 min 892, hüquqi və fiziki şəxslər üzrə 3 mln. 560 min 581 olmaqla ümumilikdə 19 mln. 419 min 473 autentifikasiya və “elektron imza” əməliyyatı aparılıb.

Cari ilin ilk 2 ayı ərzində isə aparılan əməliyyatların ümumi sayı 1 mln. 584 min 680 olub ki, bu da ümumi aparılmış əməliyyatların 9% deməkdir. Beləliklə, dövlət qurumlarının payına ümumilikdə 1 mln. 62 min 498, hüquqi və fiziki şəxslərin payına isə 504 min 82 autentifikasiya və “elektron imza” əməliyyatı düşüb.
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031