» » “Kapital Bank” Amerika Banklar Assosiasiyasına üzv seçilib

“Kapital Bank” Amerika Banklar Assosiasiyasına üzv seçilib

“Kapital Bank” Amerika Banklar Assosiasiyasına üzv seçilib  “Kapital Bank” beynəlxalq əməkdaşlıq çərçivəsində Amerika Banklar Assosiasiyasına (American Bankers Association) üzv seçilib. Bankdan verilən xəbərə görə, MDB ölkələri arasında “Kapital Bank” və Rusiyanın yalnız bir bankı bu assosiasiyanın üzvüdür.

Bu münasibətlə “Kapital Bank”ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov Amerika Beynəlxalq Bankçılıq Assosiasiyasının (BAFT) prezidenti Tod Barvel ilə görüşüb. Görüş zamanı bankçılıq sahəsində olan bir sıra mühüm məsələlər müzakirə olunub.

“Beynəlxalq təşkilatlarla əməkdaşlığın əsas məqsədi təcrübənin artırılmasına yönəlib. Amerika iqtisadiyyatı və bankçılığı dünyanın ən inkişaf etmiş sahəsi hesab olunur. Xüsusən də komplayens sahəsindəki Amerika təcrübəsindən faydalanmaq bizim üçün önəmlidir. Kapital Bank olaraq Amerika Banklar Assosiasiyasına üzv olmaqla, xarici həmkarlarımızın təcrübəsini iş fəaliyyətimiz zamanı tətbiq edəcəyik”, - deyə F. Hüseynov bildirib.

Qeyd edək ki, “Kapital Bank” bir sıra yerli və beynəlxalq təşkilatlarla müxtəlif sahələrdə əməkdaşlıq edir. Gələcəkdə belə təşkilatların sayı artırılacaq.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Oxşar xəbərlər
«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031