» » Manatın devalvasiyası Azərbaycanda işləyən əcnəbilərin əmək haqlarını 30% artırıb

Manatın devalvasiyası Azərbaycanda işləyən əcnəbilərin əmək haqlarını 30% artırıb

Manatın devalvasiyası Azərbaycanda işləyən əcnəbilərin əmək haqlarını 30% artırıb 2016-cı ildə Azərbaycan sənayesində çalışan muzdlu işçilərin orta siyahı sayı 192,7 min nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onların 34 min nəfəri mədənçıxarma, 101,9 min nəfəri emal, 26,8 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 30,0 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışıb.

2016-cı ildə sənayedə işləyənlərin orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9% artaraq 900,3 manata çatıb. Əmək haqqı mədənçıxarma sənayesində 30%, emal sənayesində 6,1%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 0,1% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,3% azalıb. Mədənçıxarma sənayesində artımın əsas səbəbi xarici investisiyalı müəssisələrdə çalışan əcnəbi işçilərə əlavə bonusların verilməsi və onların əmək haqlarının devalvasiya ilə əlaqədar milli valyuta ekvivalentində artmasıdır.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930