» » BNA: Yollardakı sıxlıq aradan qaldırılıb

BNA: Yollardakı sıxlıq aradan qaldırılıb

BNA: Yollardakı sıxlıq aradan qaldırılıb
BNA: Yollardakı sıxlıq aradan qaldırılıbSəhər saatlarında paytaxtın avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində müşahidə edilən sıxlıq aradan qaldırılıb. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, müvafiq qurumların həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində artıq əsas küçə və prospektlərdə nəqliyyat vasitələrinin, o cümlədən sərnişin avtobusların fasiləsiz və təhlükəsiz hərəkəti təmin edilib.

"Səhər saatlarında müxtəlif marşrut xətləri üzrə sərnişin avtobuslarının intervallarında gecikmələr müşahidə edilib ki, bu da meteoroloji amillər səbəbindən yollarda hərəkətin təhlükəli olması ilə bağlı olub. Hazırda isə qeyd edildiyi kimi, yollardakı mövcud çətinliklər aradan qaldırılıb. Məlumat üçün onu da bildirək ki, bu gün Bakı şəhərində sərnişinlərə xidmət göstərilməsi üçün marşrut xətləri üzrə 1888 avtobus reysə buraxılıb. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları GPS sisteminin imkanlarından istifadə etməklə reysə çıxan bütün avtobuslara nəzarəti daha da gücləndirib. BNA daşıyıcılarla əlaqəli gücləndirilmiş iş rejimində çalışır. Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən bütün hüquqi və fiziki şəxslərə nəqliyyat vasitələrini ciddi səbəb olmadan reysdən çıxarmamaq və gecə saatlarınadək xidmət göstərilməsi ilə bağlı tapşırıq verilib", - deyə məlumatda vurğulanır.
Oxşar xəbərlər
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Toyuq filesi haqqında dəhşətli həqiqətlər – İstehsalçılar nəyi gizlədir, alıcılar nəyi bilmir? Alıcıların ən çox aldığı file Читать далее
«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728