» » Azərbaycanla İran gömrükçüləri arasında görüş keçirilib

Azərbaycanla İran gömrükçüləri arasında görüş keçirilib

Azərbaycanla İran gömrükçüləri arasında görüş keçirilib  İranın Astara şəhərində İran və Azərbaycan gömrük xidmətlərinin nümayəndələri arasında görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən verilən məlumata görə, tədbir DGK və İran Mərkəzi Gömrük İdarəsi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən baş tutub.

İran tərəfini Gilan Vilayəti üzrə Gömrük İdarəsinin rəisi Məhəmməd Şahbazi, Astara Gömrük İdarəsinin rəisi Rəsul Omidiy və Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Əmir Həbibvənd təmsil edib.

Azərbaycan tərəfindən isə görüşdə Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev, Komitənin Xarici Əlaqələr İdarəsinin rəisi Dilavər Fərzəliyev və Astara Gömrük İdarəsinin rəisi Mirmahmud Miratayev iştirak edib.

Görüşdə iki ölkə arasında qarşılıqlı faydalı əlaqələrə toxunulub, o cümlədən iqtisadi-ticari münasibətlərdən söhbət açılıb. Azərbaycan və İran gömrükçülərinin vaxtaşırı keçirilən görüşlərinin də qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, iki ölkə arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi işinə töhfə verdiyi bildirilib.

Sonra Azərbaycan və İran gömrük xidmətləri arasında qarşılıqlı məlumat mübadiləsi məsələləri müzakirə edilib. Görüş başa çatdıqdan sonra isə nümayəndə heyətləri İranın Astara gömrük-sərhəd keçid məntəqəsində mövcud vəziyyətlə tanış olublar.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031