» » AZAL: Gəncə və Qəbələyə uçuşlar davam etdiriləcək -

AZAL: Gəncə və Qəbələyə uçuşlar davam etdiriləcək -

AZAL: Gəncə və Qəbələyə uçuşlar davam etdiriləcək -"Azərbaycan Hava Yolları" (AZAL) fevralın 15-dən etibarən Bakı-Gəncə marşrutu, fevralın 17-dən etibarən isə Bakı-Qəbələ marşrutu üzrə müntəzəm reysləri yerinə yetirməyə davam edəcək.

Dövlət şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı-Gəncə reysləri bazar ertəsi, çərşənbə, cümə və bazar günləri, Qəbələyə reyslər isə cümə və bazar günləri yerinə yetiriləcək.

Heydər Əliyev Beynəlxalq Hava Limanından (GYD) uçuş saat 11:05–də, Gəncə Beynəlxalq Hava Limanına (KVD) enmə - saat 12:05-də. Gəncədən uçuş - saat 13:05-də, Heydər Əliyev Beynəlxalq Hava Limanına enmə - saat 14:05-də.

Bakıdan Qəbələyə uçuş saat 16:30–da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) enmə - saat 17:25-də. Qəbələdən uçuş - saat 18:15-də, Heydər Əliyev Beynəlxalq Hava Limanına enmə - saat 19:10-da.

Daxili istiqamətlər üzrə aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən müəyyənləşdirilmib. Bakı-Gəncə istiqaməti üzrə bir tərəfə aviabiletin qiyməti 56 manat, Bakı-Qəbələ marşrutu üzrə isə bir tərəfə aviabiletin qiyməti 48 manat müəyyən edilib.



Bakı-Gəncə aviareysi bərpa olunur. Gəncə şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, qurumun müraciəti əsasında fevralın 5-dən Gəncə-Bakı-Gəncə aviareysi bərpa olunacaq.

Həftədə 4 dəfə (bazarertrsi, çərşnənbə, cümə və bazar) olmaqla, uçuşlar "Azərbaycan Hava Yolları" QSC (AZAL) tərəfindən həyata keçiriləcək.

AZAL cari il yanvarın 9-dan etibarən Bakı-Gəncə-Bakı marşrutu üzrə uçuşların dayandırılmasına qərar verib. AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski açıqlamasında bildirib ki, uçuşlar kommersiya baxımından qeyri-effektivdir və uçuşların dayandırılmasının səbəbi də məhz budur.
Oxşar xəbərlər
"DJB.az" saytının rəhbəri Prezidenti təbrik etdi
Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda Читать далее
Təbrik edirəm Cənab Prezident!
Təbrik edirəm Cənab Prezident!
İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və Читать далее
NURAY DƏNİZ-in Maraq otağı silsiləsindən
NURAY DƏNİZ-in Maraq otağı silsiləsindən
Dəhşətli oyun Azərbaycanda da yayıldı - `Əmr edirəm, intihar et!` - İDEO Son dövrlər dünyada baş verən yüzlərlər intihar Читать далее
Özünüzdən, yaşadığınız həqiqət dünyanızdan qaçmayın
Özünüzdən, yaşadığınız həqiqət dünyanızdan qaçmayın
“Başqalarının həyatını yaşamaq sevdasını buraxın və özünüz olun”... Türk yazarlarından olan İsmət Özəlin maraqlı bir fikri var, Читать далее
«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30