dini radikalizm və ekstremizmlə mübarizə

İtaliya qaz və elektrik enerjisinin qiymət artımına imkan verməmək üçün 3 milyard avro xərcləyəcək

İtaliya qaz və elektrik enerjisinin qiymət artımına imkan verməmək üçün 3 milyard avro xərcləyəcək

İtaliyanın baş naziri Mario Draqi Avropada elektrik enerjisi qiymətlərinin kəskin artımı fonunda istehlakçıları dəstəkləmək üçün 3 milyard avroluq tədbirlər paketi barədə məlumat verib.

“Report” “Euractiv” saytına istinadən xəbər verir ki, əks halda əhali üçün qaz və işıq qiymətləri 40% arta bilər.

Draqi deyib ki, hökumət əhalinin aztəminatlı təbəqəsinin elektrik enerjisi haqlarını ödəyə bilməsi üçün əlavələrin həcmini artırıb.

O, qiymət artımına səbəb olan amillərin çoxunun müvəqqəti xarakter daşıdığını bildirsə də, uzunmüddətli fəaliyyətə hazır olmağa, xüsusilə də tədarükü şaxələndirməyə çağırıb.

Qeyd edək ki, İtaliya qazın idxalından çox asılıdır. Belə ki, rəsmi statistikaya görə, ölkədə istehlak edilən enerji daşıyıcılarının 40%-i qazın payına düşür.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR