dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanın tanınmış iqtisadçısı dünyaca məşhur təhsil ocağında işə başladı - FOTO

Azərbaycanın tanınmış iqtisadçısı dünyaca məşhur təhsil ocağında işə başladı - FOTO

Tanınmış iqtisadçı alim Qubad İbadoğlu London İqtisad Məktəbinin (LSE) Siyasi elmlər bölümünün professoru və baş emi işçisi kimi işə başlayıb.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, yüksək akademik reputasiyaya malik, Corc Sorosun, ABŞ-ın 35-ci prezidenti Con Kennedinin, Tayvanın hazırkı prezidenti Tsai Ing-wenin məzun olduğu London İqtisad Məktəbində fəaliyyətə başlayan iqtisadçı alim, yeni işinin onun elmi və pedaqoji fəaliyyəti üçün böyük imkanlar yaradacağını deyib: “Siyasi elmlər LSE-nin dünya reytinqində ilk onluğa düşən 12 ixtisasından biridir və bu bölüm dünya üzrə sıralamada beşincidir. Eyni zamanda, Böyük Britaniyanın Azərbaycan üçün əhəmiyyəti və Türkiyə ilə gündən-günə inkişaf edən münasibətləri həm elmi, həm də siyasi perspektivləri genişləndirir. Londonda, xüsusilə qlobal və regional siyasətin liderləri, tədqiqatçıları ilə birbaşa təmaslardan ölkəmiz naminə faydalanmaq niyyətindəyəm” – İbadoğlu vurğulayıb.

Oxunub: 749
Oxşar xəbərlər
SON XƏBƏRLƏR