dini radikalizm və ekstremizmlə mübarizə

Buğda idxalı və satışının ƏDV-dən azad edilməsi müddəti 5 ildən 7 ilədək uzadılır

Buğda idxalı və satışının ƏDV-dən azad edilməsi müddəti 5 ildən 7 ilədək uzadılır

Fevralın 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn formatda növbəti iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, komitənin sədri Tahir Mirkişili bildirib ki, gündəliyə 4 məsələ daxil edilib.

Öncə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) məsələni təqdim edən komitə sədri bildirib ki, qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputatların irəli sürdükləri təkliflərin bir çoxu nəzərə alınıb.

Deputatlar müzakirələrdə qanun layihəsinin ikinci oxunuş üçün hazırlanmış variantında buğdanın idxalı və satışının, həmçinin buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi müddətinin 5 ildən 7 ilədək uzadılmasını (2017-ci il yanvarın 1-dən etibarən), eləcə də kəpəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi müddətinin 3 ildən 5 ilədək (2019-cu il martın 1-dən etibarən) uzadılmasını, qəlyan üçün hazırlanan tütünlərin aksiz vergilərinə cəlb edilməsini, həmçinin elektron siqaretlər üçün mayeyə tətbiq olunan aksiz vergisinin hər litr üçün 100 manat olmasını (birinci oxunuşda hər litr üçün 220 manat idi) nəzərdə tutan dəyişikliklərə müsbət münasibət bildiriblər.

Onlayn iclasda gündəlikdəki qanun layihələri ətraflı müzakirə olunub.

Deputatlar rəy və təkliflərini bildiriblər.

Fikir mübadiləsinin yekununda komitədə baxılan bütün layihələr Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Oxunub: 616
Oxşar xəbərlər
SON XƏBƏRLƏR