dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanda pandemiya şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi qaydası dəyişib

Baxış Sayı:42

Azərbaycanda pandemiya şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi qaydası dəyişib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, bu Qayda Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nın (Tədbirlər Planı) III hissəsinin 3-cü bəndinə uyğun olaraq koronavirus (COVID-19) pandemiyasının Azərbaycan Respublikasının bank sektoruna ehtimal olunan mənfi təsirlərinin azaldılması məqsədilə hazırlanıb və Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filiallarında kreditlərin təsnifləşdirilməsi və risk qrupları, kapitalın adekvatlıq əmsalı və onun hesablanması qaydasını müəyyən edir.

Qaydaya əsasən, 01 mart 2020-ci il tarixinə qənaətbəxş təsnifat kateqoriyasında olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının I hissəsinin A bəndinin 8-ci tədbirinə müvafiq olaraq kredit faizləri subsidiyalaşdırılan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə verilmiş kreditlər restrukturizasiya olunduqda onun restrukturizasiyaya qədərki təsnifat kateqoriyası 30 sentyabr 2020-ci il tarixinədək pisləşdirilməməsi nəzərdə tutulmuşdu. Eyni zamanda 01 mart 2020-ci il tarixinə qənaətbəxş təsnifat kateqoriyasında olan və dövlət tərəfindən yaradılmış qurumların vəsaitləri hesabına verilən güzəştli kreditlər 30 sentyabr 2020-ci tarixinədək restrukturizasiya olunduqda kreditin restrukturizasiyaya qədərki təsnifat kateqoriyası pisləşdirilməyəcək.

Dəyişikliyə əsasən, 30 sentyabr 2020-ci il müddəti 1 yanvar 2021-ci illə əvəzlənib. Başqa sözlə, 1 mart 2020-ci il tarixinə qənaətbəxş təsnifat kateqoriyasında olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının I hissəsinin A bəndinin 8-ci tədbirinə müvafiq olaraq kredit faizləri subsidiyalaşdırılan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə verilmiş kreditlər restrukturizasiya olunduqda onun restrukturizasiyaya qədərki təsnifat kateqoriyası 1 yanvar 2021-ci il tarixinədək pisləşdirilməyəcək. O cümlədən 1 mart 2020-ci il tarixinə qənaətbəxş təsnifat kateqoriyasında olan və dövlət tərəfindən yaradılmış qurumların vəsaitləri hesabına verilən güzəştli kreditlər restrukturizasiya olunduqda kreditin restrukturizasiyaya qədərki təsnifat kateqoriyası 1 yanvar 2021-ci il tarixinədək pisləşdirilməyəcək.

Dəyişiklik 11 oktyabr 2020-ci ildən qüvvəyə minib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR