dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanda problemli kreditlər ilin əvvəlindən 16% azalıb

Azərbaycanda problemli kreditlər ilin əvvəlindən 16% azalıb

Bu ilin iyul ayının 1-nə Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin həcmi 1 065,5 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 19,3 mln. manat və ya 1,8% azalıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə vaxtı keçmiş kreditlərin həcmi 207,5 mln. manat və ya 16,3% azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 420,9 mln. manat və ya 28,3% azalıb.

Qeyd edək ki, iyulun 1-nə problemli kreditlərin cəmi kreditlərdə payı 7,3% təşkil edib.

Xatırladaq ki, bu göstərici iyunun 1-də 7,3%, ilin əvvəlində 8,3%, ötən ilin müvafiq dövründə isə 11% olub.

Oxunub: 444
Oxşar xəbərlər
SON XƏBƏRLƏR