dini radikalizm və ekstremizmlə mübarizə

Britaniya 25 Rusiya vətəndaşına qarşı fərdi sanksiya tətbiq edib

Britaniya 25 Rusiya vətəndaşına qarşı fərdi sanksiya tətbiq edib

Böyük Britaniya hökuməti bazar ertəsi Londonun insan hüquqlarının pozulmasında iştirak etdiyini düşünən 25 Rusiya vətəndaşına qarşı fərdi sanksiyaların tətbiq olunduğunu elan edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə hökumətin informasiya saytında yayılan rəsmi sənəddə qeyd edilib.

Bu şəxslər arasında Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, Rusiya Federasiyası Baş prokurorunun müavini Viktor Qrin, Daxili İşlər nazirinin keçmiş müavini Aleksey Aniçin, hakimlər, müstəntiqlər və Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin əməkdaşları var.

Siyahıda adı çəkilən şəxslərin Böyük Britaniyaya girişi qadağan edilib. Ölkədə onların hər hansı bir hesabı varsa dondurulacağı vurğulanıb. Eyni zamanda, həmin şəxslərə özləri və yaxud Britaniya vətəndaşlarının vasitəçiliyi ilə hər hansı bir iş görmək qadağan edilib.

Sanksiyalar sənəd dərc edildiyi gündən sonra qüvvəyə minib.

Oxunub: 522
Oxşar xəbərlər
SON XƏBƏRLƏR