dini radikalizm və ekstremizmlə mübarizə

BTQ ilə yeni yüklərin daşınmasına başlanılıb

BTQ ilə yeni yüklərin daşınmasına başlanılıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə yeni növ yüklərin nəqlinə başladı. Bu dəfə şirkət Türkiyədən Azərbaycanın müxtəlif bölgələrinə yüklərin daşınmasına start verib.

MMC-dən “APA-Economics”ə verilən məlumata görə, “ADY Express” Türkiyə və Gürcüstandakı tərəfdaşları ilə birgə polad və plastmas borular və beton dirəkləri, Türkiyədən Azərbaycana nəql etməyə müvəffəq olub.

Məlumata görə, 250 ton polad borular, 26 yarımvaqonda BTQ dəmir yolundan keçməklə Türkiyədən Gəncə şəhərinə daşınıb. Bununla yanaşı, 100 ton plastmas borular 11 platformaya yüklənərək Türkiyədən Şəmkirə nəql edilib. 600 ton beton dirəklər isə 10 yarımvaqonda BTQ vasitəsilə Türkiyədən Abşerona çatdırılıb.

Bütün yüklərin çatdırılma vaxtı (tranzit vaxtı) 3 gün təşkil edib. Yüklər Türkiyədən Gürcüstanın Axalkalaki stansiyasına çatdırılaraq, burada vaqonlarda təkər arabacıqların dəyişdirilməsi əməliyyatından sonra Azərbaycana yollarını davam etdiriblər.

Qeyd edək ki, BTQ dəmir yolu vasitəsilə bu növ yüklərin daşınmasının davamlı olacağı nəzərdə tutulub.

Oxunub: 558
Oxşar xəbərlər
SON XƏBƏRLƏR