» » İstanbul-Bakı və Bakı-İstanbul aviareysləri təxirə salınıb

İstanbul-Bakı və Bakı-İstanbul aviareysləri təxirə salınıb

İstanbul-Bakı və Bakı-İstanbul aviareysləri təxirə salınıb

"Türk Hava Yolları” (THY) aviaşirkəti İstanbulda pis hava şəraiti ilə əlaqədar olaraq bir neçə istiqamət üzrə reyslərini təxirə salıb.
Atatürk və Sabiha Gökçen hava limanlarında gözlənilən meteoroloji hadisə (qar, şaxta, güclü külək) səbəbindən şirkətin sabaha (yanvarın 7-nə) planlaşdırılan 192 daxili və beynəlxalq reysi yerinə yetirilməyəcək.
THY sərnişinlərdən səyahətə çıxmazdan əvvəl uçuşların son vəziyyəti ilə bağlı məlumatları şirkətin çağrı mərkəzlərindən öyrənmələrini xahiş edir.
Qeyd edək ki, sabah təxirə salınan reyslər arasında İstanbul-Bakı və Bakı-İstanbul reysləri də var. Belə ki, Atatürk Hava Limanından saat 16:05-də Bakıya yola düşən TK0334 saylı təyyarə reysi, saat 20:00-da enməli idi. Heydər Əliyev Hava Limanından isə saat 20:55-də yerinə yetirilməli olan TK0335 saylı reys saat 23:10-da İstanbula enməli idi.
Məlumat üçün bildirək ki, “Azərbaycan Hava Yolları” (AZAL) QSC-dən “Report”a verilən məlumata görə, şirkətin sabah sözügedən istiqamətdə nəzərdə tutulan reyslərində təxirəsalma olmayacaq.
Oxşar xəbərlər
«    Aralık 2018    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31