dini radikalizm və ekstremizmlə mübarizə

Dünya Bankı: 2021-ci ildə Azərbaycan iqtisadiyyatı artacaq

Dünya Bankı: 2021-ci ildə Azərbaycan iqtisadiyyatı artacaq

Azərbaycan iqtisadiyyatı 2021-ci ildə 2,2 faiz artacaq.


Djb.az Trend-ə istinadla bildirir ki, bu barədə Dünya Bankının hesabatında deyilir. Bankın hesabatına əsasən, 2019-cu ildə ölkənin ümumi daxili məhsulu 2,2 faiz artıb: “COVID-19 pandemiyası Avropa və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatına ciddi təsir göstərib. Böhran vəziyyətinə cavab olaraq Azərbaycan Mərkəzi Bankı pul-kredit sisteminin dəstəklənməsi miqyasını genişləndirir, hökumət isə valyutanın stabilləşməsi məqsədi ilə suveren fonddan istifadə edir”. Dünya Bankı proqnozlaşdırır ki, Azərbaycan iqtisadiyyatının artım tempinə neft qiymətlərinin aşağı səviyyədə olması təsir göstərəcək: “Bu hadisələr fonunda ölkə iqtisadiyyatının 2020-ci ildə 2,6 faiz azalacağı, 2021-ci ildə isə 2,2 faiz artacağı gözlənilir”.

Oxunub: 480
Oxşar xəbərlər
SON XƏBƏRLƏR