» » Bəzi yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatında problemlər yaranıb

Bəzi yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatında problemlər yaranıb

Bəzi yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatında problemlər yaranıb
Bakının bəzi hissələrinin elektrik enerjisi ilə təchizatında problemlər yaranıb.

"Azərişıq" ASC Mətbuat Xidmətindən verilən məlumata görə, gecə saatlarında dövlət şirkətinə məxsus 110/35/10 kV-luq "Əhmədli" yarımstansiyasında baş vermiş qısa qapanma nəticəsində avadanlıqlarda bir sıra fəsadlar yaranıb və Xətai rayonunun Mehmandarov, Məhəmməd Hadi, Gəncə prospekti və s. yaşayış massivlərində elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranıb.

"Azərenerji" ASC və "Azərişıq" ASC əməkdaşlarının birgə operativ səyləri nəticəsində baş vermiş fəsadlar aradan qaldırılaraq yaxın bir saat ərzində elektrik enerjisi təchizatı tam bərpa olunacaq.

Yaranmış narahatçılığa görə "Azərişıq" ASC abonentlərindən üzr istəyir.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031