» » Nazirlikdən xəbərdarlıq

Nazirlikdən xəbərdarlıq


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən “Əmək müqaviləsi bildirişi” altsistemində əmək qanunvericiliyi və onun tətbiqi məsələləri ilə bağlı işəgötürənlər üçün mütəmadi olaraq məlumat və xəbərdarlıqlar, tövsiyə və bildirişlər yerləşdirilir.

Nazirlikdən Yenisabah.az-a bildirilib ki, məqsəd bu sahədə işəgötürənlərin maariflənməsi və əmək qanunvericiliyinin tətbiqi sahəsində onlara köməyin göstərilməsidir.

Qeyd olunub ki, bir sıra hallarda işəgötürənlər tərəfindən Nazirliyə və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan sorğular sahibkarların bu sahədə məlumatsızlığını göstərir. Fəaliyyətlərində hər hansı qanun pozuntusu aşkarlandıqda da, bunu əmək qanunvericiliyi və onun tətbiqi, qanunvericiliyin tələbləri barədə məlumatsız olmaları ilə əsaslandırırlar.

Ona görə də Nazirlik işəgötürənlərə “Əmək müqaviləsi bildirişi” altsistemində yerləşdirilən məlumat və xəbərdarlıqlar, tövsiyə və bildirişlərlə daim tanış olmağı və onları diqqətdə saxlamağı, bu əsasda da qanunvericiliyin tələblərinin yerinə yetirilməsini tövsiyə edir.
Oxşar xəbərlər
«    Mayıs 2020    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031