dini radikalizm və ekstremizmlə mübarizə

“İndi sosial yardım üçün 16 yox, cəmi 1 sənəd lazımdır”


Milli Məclisin bu gün keçirilən plenar iclasında “Ünvanlı dövlət sosial yardımı haqqında” qanun layihəsinə təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb.

Bu barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

O qeyd edib ki, qanun layihəsinin 5 maddəsinə 11 dəyişiklik edilməsi təklif edilir: “Həmçinin bir maddə yeni redaksiyada verilir. Dəyişikliklər vətəndaşların ünvanlı sosial yardım almaq şərtlərinin yumşaldılmasına, onun çevrəsini genişləndirilməsinə, özünəməşğulluq proqramına cəlb edilmənin stimullaşdırılmasına xidmət edir. Eyni zamanda əvvəl müraciət üçün 16 sənəd tələb edilirdisə, indi cəmi 1 sənəd tələb ediləcək. Qalan sənədlər elektron informasiya sistemlərindən əldə ediləcək. Həmçinin Nazirlər Kabinetinin qaydasına görə, artıq götürülən kreditlər və ödənilən alimentlər əhalinin xərci kimi nəzərə alınmayacaq”.

Qeyd edək ki, layihəyə əsasən 3-cü maddəyə "müvafiq icra hakimiyyəti orqanında" sözlərindən əvvəl "birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması," sözləri əlavə edilib.

8.1-ci maddədə "2 il" sözləri "1 il" sözləri ilə əvəz edilir.

10.1-ci maddəyə əsasən sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir.

10.2-ci bəndə görə, sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. //Qafqazinfo

Oxunub: 555
Oxşar xəbərlər
SON XƏBƏRLƏR