dini radikalizm və ekstremizmlə mübarizə

Üç ayda neft-qaz sektoruna 1,4 milyard manat yönəldilib


Birinci rübdə neft-qaz sektoruna 1 milyard 442,6 milyon manat yönəldilib. Keçən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektoruna yatırılmış investisiyalar 29,3 faiz artıb.

Dövlət Statistika Komitəsindən Open.az-a bildirilib ki, üç ayda neft-qaz sektorunda 6 milyard 719,4 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin bu sektorunda məhsul istehsalı əvvəlki ilin eyni aylarına nisbətən 1,6 faiz geriləyib. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 2,1 faiz azalıb.

Sənaye məhsulunun 65,5 faizi mədənçıxarma sektorunda istehsal edilib. Ötən ay sənaye məhsullarının istehsalçı qiymətləri indeksi fevralla müqayisədə 65 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 56,3 faiz olub.

Martın 1-nə iqtisadiyyatın neft-qaz sektorunda 34,6 min nəfər çalışıb. Yanvar-fevral aylarında neft-qaz sektorunda nominal əməkhaqqı isə 3581,9 manat təşkil edib.

Oxunub: 436
Oxşar xəbərlər
SON XƏBƏRLƏR