dini radikalizm və ekstremizmlə mübarizə

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

APA-nın məlumatına görə, bu barədə bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.

“Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası” təsdiq edilib. Müəyyən edilib ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Naxçıvan Muxtar Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

Naxçıvanın İnkişafı və Müdafiə Fondundan 200 min manat Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayrılıb.

Oxunub: 505
Oxşar xəbərlər
SON XƏBƏRLƏR