dini radikalizm və ekstremizmlə mübarizə

Mikayıl Cabbarov: “İndiki dövrdə əsas hədəfimiz qiymət manipulyasiyalarına yol verməməkdir”

Mikayıl Cabbarov: “İndiki dövrdə əsas hədəfimiz qiymət manipulyasiyalarına yol verməməkdir”

“Qiymətlərin monitorinqi davamlı olaraq bütün iri istehlakçılarla, idxalçılarla, orta və kiçik sahibkarla həyata keçirilir”.

APA-nın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl deyib.

M. Cabbarov bildirib ki, vəziyyət daim təhlil edilir: “Həm zəruri həcmdə ehtiyatlar, həm də ticarət dövriyyəsində olan qida və qeyri-qida məhsulları mövcuddur. Bizim bir sıra məhdudiyyətlərin tətbiq edildiyi indiki dövrdə əsas hədəfimiz hər hansı qiymət manipulyasiyalarına yol verməmək, bazarda yaranmış vəziyyətdən sui-istifadə hallarının qarşısını qətiyyətlə almaqdır. Bunun üçün bizim bütün resurslarımız və alətlərimiz mövcuddur. Azərbaycan iqtisadiyyatının fundamental göstəriciləri, Azərbaycan iqtisadiyyatında olan resurslar, ehtiyatlar, bizim ehtiyatlarımız və ən əsası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş iqtisadi və fiskal siyasət bizə tam əminliklə deməyə imkan verir ki, yaranmış çətinliklər nəticəsində daha sağlam, daha rəqabətli və güclü iqtisadiyyata malik olacağıq.

İstər daxili bazarda iqtisadi fəallığımızın sürətləndirilməsi, istərsə də yeni ixrac bazarlarına çıxışda bu böhran bizim iş adamlarımız üçün çətinliklərlə yanaşı, bir sıra yeni imkanlar açacaq. Bu imkanların reallaşdırılması üçün bütün zəruri fəaliyyətin həyata keçirilməsi bizim və sizin üzərinə düşür. Bu yolu birlikdə keçək. Heç bir şübhəm yoxdur ki, biz bir daha birlikdə uğur hekayəsini yazmaq iqtidarında olacağıq”.

Oxunub: 434
Oxşar xəbərlər
SON XƏBƏRLƏR