dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan yanvar-fevralda Gürcüstanın əsas ixrac tərəfdaşı olub

Azərbaycan yanvar-fevralda Gürcüstanın əsas ixrac tərəfdaşı olub

Bu ilin yanvar-fevral ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi illik müqayisədə 6% artaraq 1 853,8 mln. ABŞ dolları təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bu barədə məlumat verilib.

Bildirilib ki, xarici ticarətdə ixrac 4,5% artaraq 526,3 mln. dollara, idxal isə 6,7% artaraq 1 327,5 mln. dollara çatıb. Hesabat dövründə Gürcüstanın xarici ticarətdə mənfi saldosu 801,3 mln. dollar təşkil edib ki, bu da ümumi ticarət dövriyyəsinin 43,2%-ni təşkil edib.

Yanvar-fevral ayları ərzində Gürcüstanın ilk 10 ticarət tərəfdaşına ixracı ümumi ixracın 78,6%-ni təşkil edib. Hesabat dövründə Gürcüstan Azərbaycana 90,3 mln. dollar həcmində mal və məhsullar ixrac edib ki, bu göstərici ilə Azərbaycan Gürcüstanın əsas ixrac tərəfdaşı olub. İkinci və üçüncü yerləri müvafiq olaraq isə Çin (65 mln. dollar) və Rusiya (60,4 mln. dollar) bölüşdürüb.

Hesabat dövründə ilk 10 ticarət tərəfdaşından idxal isə ümumi idxalın 69,3%-ni təşkil edib. Gürcüstanın ilk üç əsas idxal tərəfdaşları Türkiyə (214,5 mln. dollar), Rusiya (138,6 mln. dollar) və Azərbaycan (135,7 mln. dollar) olub.

Oxunub: 458
Oxşar xəbərlər
SON XƏBƏRLƏR