dini radikalizm və ekstremizmlə mübarizə

Rusiya rublu dollar və avro qarşısında çökdü

Rusiya rublu dollar və avro qarşısında çökdü

Neftin qiymətinin ucuzaşması fonunda Rusiya rublu dollar və avro qarşısında kəskin ucuzlaşıb.

FED.az xəbər verir ki, Forex beynəlxalq valyuta bazarında Dolların rubl qarşısında məzənnəsi 3,9 rubl yüksələrək 72,5 rubla, avro isə 4,9 rubl yüksələrək 82,4 rubla qalxıb.

Qeyd edək ki, 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə martın 9-da Rusiyada birjalar işləməyəcək. Ona görə də Rublun dollar və avro qarşısında məzənnəsini Forex-dən izlənilir.

Xatırladaq ki, bu gün səhər dünya bazarında neftin qiyməti 30% ucuzlaşaraq 33,5 dollara enib. Bu 2016-cı ildən bəri ən aşağı qiymətdir.

Ucuzlaşmaya səbəb Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatı azaltmaq barədə razılığa gəlməməsi olub.

Nəticədə Səudiyyə Ərəbistanı kəskin endirimə başlayıb və neft belə hədlərədək ucuzlaşıb.

Oxunub: 442
Oxşar xəbərlər
SON XƏBƏRLƏR