dini radikalizm və ekstremizmlə mübarizə

İqtisadçı: Apteklərin böyük əksəriyyətində tibbi maskalar var

Baxış Sayı:118

İqtisadçı: Apteklərin böyük əksəriyyətində tibbi maskalar var

İqtisadi və Sosial İnkişaf Mərkəzinin keçirdiyi monitorinqlər də göstərdi ki, apteklərin böyük əksəriyyətində tibbi maskalar var.

Bunu Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri, iqtisadçı alim Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bəzi apteklərdə maskalar hətta “əlaltı”ndan daha baha qiymətə satılır. Bu isə qanunvericliyin prinsiplərinin pozulması və süni qiymət artımıdır:
“Ölkə vətəndaşının hər bir qayğısı, o cümlədən vətəndaşlarımızın tibbi maskalarla təminatı sahəsində çətinliklərin olması dövlət başçısının diqqət mərkəzindədir. Əslində, Azərbaycanda kifayət qədər tibbi maska var. Nazirlər Kabineti tərəfindən də tibbi maskalar daxil olmaqla bir sıra tibbi ləvazimatların ixracının mayın 1-dək qadağa edilməsi ilə bağlı qərar qəbul edilib. Hökumət praktiki olaraq, koronavirusun yaradacağı təsirlərdən doğan tələblərə əvvəlcədən hazırlaşıb. Ancaq çox təəssüf ki, sahibkarların bir qismi koronavirusdan da qazanc mənbəyi kimi istifadə etməyə çalışdılar. Nəticə etibarilə anbarlarda olan maskaların apteklərdə satışını ya ümumiyyətlə təşkil etmədilər, ya da onların qiymətini artırmaqla satışını həyata keçirdilər”.

V.Bayramov hesab edir ki, indiki mərhələdə həm hüquq-mühafizə orqanları, həm də İqtisadiyyat Nazirliyi tərəfindən monitorinqlərin gücləndirilməsinə ehtiyac var.

Onun fikrincə, bu gün anbarlarda olan, amma satışa çıxarılmayan maskaların satışının təmin edilməsi və bunu həyata keçirən sahibkarlara qarşı qanunvericiyin tələbləri çərçivəsində addımların atılması zəruridir.

İqtisadçı təklif edir ki, uzunmüddətli fəaliyyət çərçivəsində bu problemin daha yaxşı həlli yerli istehsalın təşkili istiqamətində fəaliyyətlərin gücləndirilməsidir.


Oxşar xəbərlər
SON XƏBƏRLƏR