» » Azərbaycanda yanvarda gündəlik neft hasilatı 769 min barel olub

Azərbaycanda yanvarda gündəlik neft hasilatı 769 min barel olub

Azərbaycanda yanvarda gündəlik neft hasilatı 769 min barel olub

Bu ilin yanvar ayı üzrə Azərbaycanda gündəlik neft hasilatı 769 min barel olub. Bunun 678 min barelini xam neft, 91 min barelini kondensat təşkil edib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, gündəlik 540 min barel xam neft, 87 min barel kondensat, 22,3 min barel neft məhsulları ixrac edilib.

Məlumata görə, Energetika Nazirliyi yanvar ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, 2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə OPEC+ üzrə gündəlik neft hasilatının əlavə olaraq 500 min barel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 7 min barel artırılaraq 27 min barel müəyyən edilib. 2020-ci ilin birinci rübünün sonunadək Azərbaycan gündəlik neft hasilatını 769 min barel həcmində saxlamalıdır.
Oxşar xəbərlər
«    Nisan 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930