dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan ötən il kimya sənayesi məhsullarının ixracını kəskin artırıb

Azərbaycan ötən il kimya sənayesi məhsullarının ixracını kəskin artırıb

Azərbaycan ötən il 536 901,95 ton kimya sənayesi məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi kimya sənayesi məhsullarının dəyəri 2018-ci ilin göstəricisi ilə müqayisədə 31,7% artaraq 102 876,38 min ABŞ dollar təşkil edib.

Bundan əlavə, 2019-cu ildə Azərbaycan 179 401,97 min dollar dəyərində 246 442,22 ton plastmas və ondan hazırlanan məmulatlar ixrac edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə müvafiq olaraq 51,3% və 54,3% çoxdur.

Oxunub: 483
Oxşar xəbərlər
SON XƏBƏRLƏR