dini radikalizm və ekstremizmlə mübarizə

Nazir: "Xarici bazarlarda rəqabətədavamlı məhsuldar fəaliyyət üçün zəruri addımlar planlaşdırılır"

Nazir: "Xarici bazarlarda rəqabətədavamlı məhsuldar fəaliyyət üçün zəruri addımlar planlaşdırılır"

"2019-cu ildə bizim əsas kapitala investisiyaların ümumi daxildəki payı 23,2 faiz təşkil edib. Bizim hədəfimiz, heç olmasa, 25 faizə çatmaq və ondan daha yuxarı səviyyədə qalmaqdır".

"APA-Economics" xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə məlumat verib.

"Sərmayələrin - istər dövlət sərmayələrinin, ilk növbədə, özəl sərmayələrin cəlb edilməsini biz başlıca alətimiz kimi görürük. Çünki dünyanın iqtisadi tarixi və Azərbaycanın yaxın keçmişdəki təcrübəsi göstərir ki, iqtisadi artımın sürəti və dayanıqlılığı məhz investisiyalarla bağlıdır", - deyə M. Cabbarov bildirib.

Onun sözlərinə görə, özəl sərmayələrin cəlb edilməsi üçün zəruri olan şərtlərin və şəraitlərin ölkə iqtisadiyyatı daxilində yaradılması əsasdır.

"Bizim əsas vəzifəmiz dövlət investisiyalarının iqtisadi səmərəliliyinin artırılması, eyni zamanda, dövlət investisiyalarının resipiyentləri qarşısında səmərəlilik tələblərinin sərtləşdirilməsi və bu investisiyaların prioritet sektorların inkişafı ilə sıx uzlaşdırılmasıdır. Xüsusilə kənd təsərrüfatında xam məhsulun mövcudluğunu və səviyyəsini nəzərə alaraq, biz 2020-ci ildə və növbəti illərdə Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumlarla birgə əlavə zəncir dəyərinin təmin edilməsi, yəni, emal sənayesinin dəstəklənməsi, o cümlədən Sahibkarlığa Kömək Milli Fondunun bank sektoru və assosiasiyalarla birlikdə çalışaraq bunu qarşımızda prioritet vəzifə kimi görürük. Bu, eyni zamanda, bizim qeyri-neft ixracımızın coğrafiyasının, həmçinin nomenklaturasının genişləndirilməsinə və daha dayanıqlı olmasına imkanlar yaradacaq", - deyə nazir qeyd edib.

Nazir yeni bazarlara uyğun olan ticarət sazişləri ilə bağlı təklifləri hazırlandığını bildirib: "İlkin təhlillər onu göstərir ki, emal sənayesinin və ümumilikdə sərmayələrin cəlb edilməsinin yeni bazarları barədə danışarkən Azərbaycanda yaradılan siyasi makroiqtisadi sabitlikdən yararlanaraq həm əhalisi, həm də turist axını artan ölkə bazarımıza, həmçinin də digər bazarlara çıxış imkanları yaratmalıyıq. Bu, istər xarici, istərsə də yerli özəl sərmayəçilər üçün böyük əhəmiyyət kəsb edir. Sizin icazənizlə biz gələcəkdə həmin yeni bazarlara uyğun olan ticarət sazişləri – istər sərbəst ticarət sazişləri, istərsə də xüsusi rejimli ticarət sazişləri ilə bağlı təklifləri hazırlayırıq.Qeyri-neft iqtisadiyyatının və ümumiyyətlə qeyri-neft ixracının, o cümlədən iqtisadi artımın sürətləndirilməsinə dair göstərişlərinizə əsasən kənd təsərrüfatı və aqro-klaster, neft-kimya sənayesi və bu sahəyə qoyulmuş irihəcmli sərmayələr və əldə olunan uğurlu nəticələr ətrafında böyük, kiçik və orta biznes klasterinin yaradılması nəzərdən keçirilir".

M. Cabbbarov bildirib ki, xidmət turizmi, əyləncə sənayesi, nəqliyyat və ticarət logistikası və digər bu kimi klasterlər istiqamətində araşdırmalar həyata keçiriləcək: "Bu, ixracın həm əmtəə tərkibinin, həm də coğrafiyasının şaxələnməsinə geniş imkanlar açır".

Nazir bildirib ki, sahibkarlığın kompetensiyalarının gücləndirilməsi, o cümlədən xarici bazarlarda rəqabətədavamlı məhsuldar fəaliyyət göstərməsi üçün zəruri addımlar da planlaşdırılır: "Çünki təcrübə onu göstərir ki, bir çox hallarda keyfiyyətli mal və məhsula malik olduğumuz halda da xarici bazarlara çıxışda bəzən özəl sektorda bilik, bacarıq çatışmır və dövlət tərəfindən bununla bağlı zəruri dəstək mexanizmləri hazırlanıb təklif olunacaq. Həmçinin dövlətin Azərbaycanda böyük iqtisadiyyatda rolunu nəzərə alaraq dövlət satınalmalarında fəal iştirakın təşviq olunması, bunun üçün satınalmanın şəffaflığının daha da artırılmasını qarşımızda əsas məqsəd və vəzifə kimi görürük".

Oxunub: 479
Oxşar xəbərlər
SON XƏBƏRLƏR