» » Azərbaycanın xarici ticarət dövriyyəsi ötən il 8%-ə yaxın artıb

Azərbaycanın xarici ticarət dövriyyəsi ötən il 8%-ə yaxın artıb

Azərbaycanın xarici ticarət dövriyyəsi ötən il 8%-ə yaxın artıb

2019-cu il ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2018-ci ilin analoji dövrü ilə müqayisədə 7,7% artaraq 33 302,82 mln. ABŞ dolları təşkil edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalara görə, 2019-cu ildə Azərbaycan xarici ölkələrə 19 635,58 mln. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 13 667,24 mln. dollar olub. Nəticədə 5 968,34 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

2018-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə 2019-cu ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 25%-dən çox azalıb, ixrac 0,9%, idxal isə 19,2% artıb.
Oxşar xəbərlər
«    Ocak 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031