dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda sənaye istehsalı 7% azalıb

Bakıda sənaye istehsalı 7% azalıb

Bu ilin yanvar-oktyabr aylarında Bakının sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 32,6 mlrd. manat təşkil edib, buda keçən ilin müvafiq dövrü ilə müqayisədə 7% azdır.

Bakı Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən dövr sənaye məhsulunun 80,5% mədənçıxarma, 17,5% emal, 1,4% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 83,8% olunub.

Məlumata əsasən, istehsalın ümumi həcmində sənaye məhsulunun payı 88,7%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,3% təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 noyabr 2019-cu il vəziyyətinə 194 mln. manatlıq hazır məhsul ehtiyatı olub.

“Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 63 mln. manat məbləğində digər məhsullar da mövcud olub”, - deyə, məlumatda qeyd edilir.

Oxunub: 495
Oxşar xəbərlər
SON XƏBƏRLƏR