» » Azərbaycanda investisiya layihələrinin maliyyələşdirilməsinə 50 mln. manat güzəştli kredit verilib

Azərbaycanda investisiya layihələrinin maliyyələşdirilməsinə 50 mln. manat güzəştli kredit verilib

Azərbaycanda investisiya layihələrinin maliyyələşdirilməsinə 50 mln. manat güzəştli kredit verilib

2019-cu ilin 6 ayında İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 178 milyon manat olan 510 investisiya layihəsinin maliyyələşdirilməsinə 50 milyon manatadək güzəştli kredit verilib.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu nazir Şahin Mustafayev Nazirlikdə keçirilən geniş kollegiya iclasında deyib. Onun sözlərinə görə, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1265 yeni iş yerinin açılmasına imkan yaradır.
Güzəştli kreditlərin 68%-i aqrar sektorun, 32%-i sənaye istehsalı və emalının, eləcə də 44%-i regionların, 56%-i isə Bakı qəsəbələrinin payına düşür.

Şahin Mustafayev qeyd edib ki, ixracın stimullaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən ixrac təşviqi mexanizmi çərçivəsində bu ilin ilk 6 ayında ixracatçılara 5 milyon manatdan artıq, ümumilikdə isə 2016-cı ilin mart ayından bu günədək 14 milyon manatdan çox ixrac təşviqi ödənilib.

2019-cu ilin birinci yarısında dövlət dəstəyi hesabına xarici ölkələrə 6 ixrac missiyası təşkil edilib, Azərbaycan şirkətləri 7 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak ediblər. Kollegiya iclasında vurğulanıb ki, ixracla məşğul olan sahibkarlara dəstək tədbirləri davam etdiriləcək.
Oxşar xəbərlər
«    Ağustos 2019    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031