» » AMB-nin qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

AMB-nin qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

AMB-nin qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Avqustun 14-də Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) 50101676S dövlət qeydiyyat nömrəli, 200 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, hərrac zamanı 14 investor tərəfindən qiyməti 99,5158 manat (6.26%) olan 23 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 585 670 200,00 manat olub.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99,5158 manat (6,26%), orta ölçülmüş qiyməti 99,5158 manat (6,26%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilən həcmi 200 000 000.00 manat təşkil edib. Notların ödəmə tarixi 11.09.2019.
Oxşar xəbərlər
«    Ağustos 2019    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031