» » Mirzə Əliyev: "Kənd təsərrüatı subsidiyalarının əmsalları hər bitki üzrə fərqli olacaq" Mirzə Əliyev: "Kənd təsərrüatı subsidiyalarının əmsalları hər bitki üzrə fərqli olacaq"

Mirzə Əliyev: "Kənd təsərrüatı subsidiyalarının əmsalları hər bitki üzrə fərqli olacaq" Mirzə Əliyev: "Kənd təsərrüatı subsidiyalarının əmsalları hər bitki üzrə fərqli olacaq"

Mirzə Əliyev: "Kənd təsərrüatı subsidiyalarının əmsalları hər bitki üzrə fərqli olacaq" Mirzə Əliyev: "Kənd təsərrüatı subsidiyalarının əmsalları hər bitki üzrə fərqli olacaq"

"Bu gündən kənd təsərrüatı subsidiyaları ilə bağlı olacaq dəyişikliklərlə əlaqədar, gələcəkdə fermerlərin tam şəkildə məlumatlandırılması, onlara yeni qaydaları tam şəkildə aşılamaq məqsədilə təlimlərə start verilib".

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev deyib. O bildirib ki, təlimlər əvvəlcə DAİM əməkdaşları üçün təşkil olunub. "Bu, ilkin mərhələdir. Sonra həmin əməkdaşlar həm öz iş yoldaşları, həm də regionlarda fəaliyyət göstərən DAİM könüllüləri vasitəsilə şəbəkəni genişləndirəcəklər. Çalışacağıq ki, ölkədə çalışan hər bir fermerə onun torpağının ölçüsündən, hansı ucqar kənddə yaşamasından asılı olmayaraq, subsidiyalar əlçatan olsun. Onlar bilsinlər ki, elektron qaydada necə müraciət etmək olar, bürokrtik əngəllər yoxdur".

M.Əliyev qeyd edib ki, yaxın günlərdə əmsallar açıqlanacaq: "Əmsallarla bağlı işlər tamamlanmaq üzrədir. Müzakirələr yekun mərhələyə çatır. Bu məlumatlari yekunda fermerlərlə bölüşəcəyik ki, onlar da öz əkinlərini buna müvafiq olaraq tənzimləyə bilsinlər. İstənilən halda ölkədə kənd təsərrüfatında subsidiyalaşma özündə 3 əsas amili ehtiva edir. Bunlar ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması və idxaldan asılılığın azaldılması, ikincisi, ölkədə olan insanların məşğulluğunun, eyni zamanda sosial rifahının təmin olunması məsələsidir. Üçüncü isə ölkənin ixrac potensialının gücləndirilməsidir. Subsidiya Şurası tərəfindən yaxın günlərdə müvafiq əmsallar təsdiqlənərək ictimaiyyətə təqdim olunacaq".

M.Əliyevin dediyinə görə, əmsallar hər bitki üzrə fərqli olacaq: "Baza məbləğ (200 manat) həmin əkin üzrə bitkinin əmsalına vurulacaq. Və əkinin nə qədər sahədə aparılması nəzərə alınacaq".
Oxşar xəbərlər
«    Ağustos 2019    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031